Türkiyənin məşhur iş adamı, "Koç Holding" İdarə Heyətinin sədri Mustafa Koç 56 yaşında ürək tutmasından vəfat edib.
Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu gün səhər İstanbulda idmanla məşğul olarkən M.Koçun vəziyyəti pisləşib. O, təcili şəkildə ilk olaraq yaxınlıqdakı Beykoz Dövlət Xəstəxanasına aparılıb. Bir az sonra iş adamı helikopterlə özəl Amerikan Xəstəxanasına köçülürüb. Lakin həkimlərin 4 saat ərzində göstərdiyi bütün səylərə baxmayaraq,M.Koç Bakı vaxtı ilə saat 13:30-da vəfat edib.
M.Koç 1960-cı ildə Ankarada doğulub. Məşhur Koç ailəsinin 3-cü nəslinin nümayəndəsi və Rahmi Koçun böyük oğludur. İsveçrə və ABŞ-da təhsil alıb və Koç qrupunda 1984-cü ildən çalışmağa başlayıb. 2003-cü ildən bəri "Koç Holding"in rəhbəri idi. O, ənənəvi Bilderberq toplantılarının təşkilatçılarından biri olub. İki qızı var.
.
