
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, MHP-dən bu şəxslərə nazirlik təklifi edilib: Kenan Tanrıkulu, Meral Akşener, Tuğrul Türkeş.
HDP-dən nazirlik təklifi edilənlər bunlardır: Müslüm Doğan, Levent Tüzel, Ali Haydar Konca.
CHP-dən bu şəxslərə nazirlik təklifi göndərilib: Deniz Baykal, Erdoğan Toprak, Gülsüm Bilgehan Toker, Tekin Bingöl, İlhan Kesici.
AKP-dən keçici hökumətdə təmsil olunmaları üçün kimlərə məktub göndərildiyi hələ ki açıqlanmayıb.
Qurulacaq keçici seçki hökumət noyabrın 1-də keçiriləcək seçkilərə qədər vəzifəsini yerinə yetirəcək.
Adları açıqlanan partiya üzvləri cavablarını 24 saat ərzində yazılı şəkildə bildirməlidirlər.
CHP-dən olan Erdoğan Toprak artıq təklifi qəbul etməyəcəyini açıqlayıb. HDP-dən olan Ali Haydar Konca isə deyib ki, önəmli olan Türkiyənin birliyi, bütünlüyü və qardaşlığıdır.
.