"Türkiyənin Berlindəki səfirliyinin binası naməlum şəxslərin hücumuna məruz qalıb”.

"Haberturk” xəbər verir ki, bunu Türkiyənin Almaniyadakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Refik Soğukoğlu bildirib.

Onun sözlərinə görə, fevralın 27-də səhər saatlarında 4 kimliyi məlum olmayan kişi səfirliyin binasına sarı, qırmızı və yaşıl boyalar ataraq qaçıblar: "Səfirliyimizin binasında 8 yerdə boya təsbit etmişik. Polis hücum edənlərə anındaca müdaxilə edə bilmədi”, - müşavir qeyd edib.

Polis də faktı təsdiqləyib. Təqsirkarların tutulması istiqamətində əməliyyat başlayıb.

Faktla bağlı cinayət işi açılıb.
.