Türkiyədə nurçuluq hərəkatının lideri Fətullah Gülən tərəfdarlarına qarşı əməliyyat keçirilir.
SalamNews-un "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, İstanbul, Bingöl, Bursa, Çanakkale, Erzurum, Kocaeli, Ordu, Rize və Trabzonda keçirilən əməliyyatlarda saxlanılmasına sanksiya verilən 140 nəfərdən 101-i saxlanılıb.
Anadolu Mütəşəkkil, qaçaqçılıq və maliyyə cinayətləri istintaq bürosu tərəfindən keçirilən əməliyyatda saxlanılanlar "çirkli pulların yuyulması" və vergidən yayınmaqda şübhəli bilinirlər.
Saxlanılanlar arasında "Bank Asya"nın 41 əməkdaşı və 45 iş adamı var.
Əməliyyatlar davam edir.
.
