Türkiyə ilə ABŞ arasında münasibətlər yenicə düzəlməyə başlayan ərəfədə Amerika prezidenti Donald Tramp sensasiyalı açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə Donald Tramp "Twitter”də yazıb. ABŞ rəhbəri bildirib ki, əgər Türkiyə Suriyada kürdlərin məskunlaşdığı ərazilərə hücum edərlərsə, ABŞ buna qarşı olacaq.
"Kürdlərin mövqelərinə hücum edəcəkləri halda, biz Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. İyirmi mil enində təhlükəsizlik zonasını yaratmaq lazımdır.
Bu qalmaqallı açıqlamadan sonra Türkiyə hökuməti məsələyə açıqlama verib. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, D.Tramp bu açıqlama ilə böyük səhvə yol verib."Türkiyə kürdlərə deyil, DAEŞ, PKK, PYD və YPG terrorçularına qarşı vuruşur. Biz İŞİD-lə mübarizədə Amerikadan dəstək görmüşük. Çox istəyirik ki, onlarla da mübarizədə dəstək amerikalılar dəstək olsunlar. Terrorçular Amerikanın dostu ola bilməz”, - deyə İbrahim Kalın bildirib.
.
