Türkiyəli ulduzların 32 min lirəlik (təxminən 16 min manat) baqaj pulu təyyarənin ləngiməsinə səbəb olub.

Türkiyə mətbuatı xəbər verir ki, özəl televiziya kanalının çəkilişləri üçün Mumbaya gedən Banu Alkan, Bülent Ersoy, Burcu Esmersoy və Safiyə Soymanın baqajı ümumilikdə 32 min lirə edib. Lakin 7 nəfərlik çəkiliş qrupu, təxminən 32 min lirəlik baqaj haqqını ödəməyincə bir müddət satış ofisinin qarşısında qarşıdurma yaşanıb.
Yaşanan problemi məmurlar Türkiyə Hava Yolları stansiya idarəsinə bildirdi. Daha sonra təyyarə içindəki çəkiliş qrupu rəsmisindən 5 min dollar alaraq bilet satış ofisinə gətirib. Problem həll edildikdən sonra bu dəfə də təyyarədə texniki qəza baş verib. Bu iki problem üzündən təyyarə 45 dəqiqəlik gecikmə ilə Mumbaya havaya qalxdı

.