"Türkiyə və Rusiya arasındakı əlaqələr çox geniş spektrı əhatə etməkdədir. Buna görə də baş nazir Ərdoğanın Rusiya səfərindən daha böyük nəticələr gözləmək olar", bu sözləri Türkiyənin aparıcı politoloqlarından biri olan, İstanbul Yaxın Şərq universitetinin professoru Oktay Tanrısever deyib.
"Güman edirəm ki, Moskva görüşləri zamanı regional problemlər Ərdoğanla Putinin görüşü zamanı müzakirə mövzusu olacaq. Gündəmdə duran əsas məsələnin təbii ki, Suriya olacağı heç kəsdə şübhə doğurmur. İkinci prioritet məsələnin isə Dağlıq Qarabağ problemi olacağı gözlənilir", deyə politoloq vurğulayıb.
"Mən Türkiyənin Gömrük birliyinə girəcəyi ehtimalına inanmıram, Türkiyə Avropa Birliyinə can atan bir ölkədir. Qaldı Qarabağ probleminin həlli məsələsinə bu məsələnin həlli Rusiyadan asılıdır", deyə Tanrısevər bildirib.
.
