
ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin növbəti qonağı türkiyəli aktrisa Nurgül Yeşilçay olub.
Aktrisa azərbaycanlı pərəstişkarlarına səslənib: "Yeni filmimiz olan "İkinci şans"ı tamaşaçıların ixtiyarına verdik. Ümid edirik, bəyənərlər. Bundan əlavə, qala-gecəsi üçün Bakıya gələcəyik. 26 noyabrda Bakıdayam. Gözləyin məni. Bu filmdə Yasəmən obrazını canlandırıram. Riyaziyyat müəllimi olan bu obraz həyatı hesablı-kitablı yaşayır. Qarşısına sevgi çıxır. Həyatının sevgisini tapır. Özcan Denizlə bundan qabaq "Asmalı konak" serialında oynamışdıq. Uzun müddət uyğun bir şey tapa bilmədik. Gözlədik. Nəhayət ki, ikimizə də uyğun bir şey tapdıq. Gözlədiyimizə dəydi.
Yenizaman.az
.