Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 33 nəfərin meyiti çıxarılıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas edib. Xəbərə əsasən, axtarış-xilasetmə tədbirləri davam etdirilir.
.
