
Türkiyə parlamenti Türkiyə və Azərbaycan arasında Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib.
Azvision.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Resmi Gazeta” qəzeti xəbər yayıb.
TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.
Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.
.