"Akşam" qəzetinin məlumatına görə, Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu 12 dekabrda Ermənistana səfəri zamanı Dağlıq Qarabağ problemi ilə bağlı rəsmi İrəvana yeni təklif irəli sürəcək. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçiriləcək zirvə toplansıtında iştirak edəcək Əhməd Davudoğlu erməni həmkarı Edvard Nalbandyan və prezident Serj Sarkisyanla bir araya gələcək.
Türkiyənin xarici işlər naziri Ermənistanın işğal altında saxladığı 7 rayondan ən azı ikisinin qaytarılması müqabilində sərhədlər açılmasını erməni hökumətinə təklif edəcək. Bu təklifə hansı cavabın veriləcəyi məlum olmasa da, Türkiyənin Ermənistanla sərhədini açmağa razılıq verməsi rəsmi İrəvana iqtisadi əlaqələrini genişləndirmək fürsəti yaradacaq.
.