Dünən Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında Suriyanın Qamışlı şəhərinə qaçmağa çalışan PKK terrorçuları ilə təhlükəsizlik gücləri arasında qarşıdurma baş verib.
Publika.az bildirir ki, qarşıdurmada 18 terrorçu öldürülüb.
Onlardan ikisinin təşkilatın liderlərındən olduğu bildirilir.
Əməliyyatdan sonra ərazidə axtarışlar aparılıb. Ərazidən PKK-çılara aid 2 ədəd M-16 piyada tüfəngi, 2 "Glock" markalı tapança, 15 "Kalaşnikov", 3 RPG-7 minaatan, gecə durbinləri və xeyli sayda sursat aşkarlanıb.

.