Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ ABŞ-ın Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatını tənqid edib.

Türkiyənin NTV telekanalının istinadən verdiyi məlumata görə, B. Bozdağ son bəyanatın ABŞ-ın hələ də "Zeytun budağı" əməliyyatının səbəb, məqsəd və xarakterini hələ də başa düşmədiyini, yaxud başa düşmək istəmədiyini göstərdiyini bildirib.

Baş nazirin müavini Türkiyənin Afrində uğurlu əməliyyat keçirdiyini, mülki şəxslərə və yaşayış məntəqələrinə ziyan dəymədiyini vurğulayıb: "Zeytun budağı" əməliyyatı zamanı mülki şəxslər su, ərzaq, tibbi ləvazimatlar və digər humanitar ehtiyaclarla əlaqədar hər hansı problemlə qarşılaşmayıb".
.