Türkiyədə "Youtube” video portalı bağlandı. Səbəb ölkənin 4 yüksək səviyyəli rəsmisinin Suriya ilə bağlı məxfi müzakirəsinin səs yazısının bu portalda yayılmasıdır.
Qərar Türkiyədə 3G internet xidməti göstərən mobil operatorlara və TTNET, Superonline kimi provayderlərə çatdırılıb.
Qadağa məhkəmə qərarı olmadan, inzibati tədbir kimi seçilib.
.
