Türkiyənin paytaxtı Ankaranın Çukurambar rayonunda yaşayış binasında yanğın baş verib. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hadisə yerinə xilasedicilər və təci tibbi yardım briqadaları cəlb olunub.
Yanğının səbəbi araşdırılır.


.