Türkiyədə terrora qarşı mübarizə qanunu ilə təqsirləndirilənlərin tutulmasına kömək edənlərə, onların yerinə bildirənlərə, yaxud həmin terorçuların şəxsiyyəti haqda məlumat verənlərə pul mükafatı veriləcək.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Məlumata görə, mükafatın miqdarı məlumatdan asılı olaraq Mükafat Komissiyası tərəfindən müəyyənləşdiriləcək. Mükfatın məbləği 200 min lirədən (72 min manat) artıq olmayacaq.

Terror qruplaşmasının rəhbərləri, yaxud onun cəmiyyətə vuracağı ziyandan asılı olaraq, mükafatın məbləğı komissiyanın təqdimatı əsasında Daxili İşlər Nazirliyi tərəfindən 20 dəfəyədək artırıla bilər. Məlumat verənin kimliyi gizli saxlanılacaq.
.