Türkiyənin Hakkari bölgəsində türk ordusunun zabiti Ziya Sarpkaya silahlı hücum nəticəsində ağır yaralanıb.

APA-nın "Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyə vaxtı ilə 11:30 radələrində bank binasının qarşısında baş verib.
Mülki geyimdə olan zabitə terrorçuların atəş açdığı bildirilir. Vəziyyəti ağır olan Z. Sarpkaya dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit ağır olaraq qalır.
Türkiyə hüquq-mühafizə orqanları terrorçuları tapmaq üçün xüsusi əməliyyata başlayıb.
.