Beşiktaş Vodafone Arenada oyun sonrası həyata keçirilən bombalı hücum zamanı ölənlərin sayı artıb. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı zamanı həlak olanların sayı 44 nəfərə çatıb. Yaralıların sayının isə 155 nəfər olduğu bildirilir. 

Arenada Beşiktaş-Bursaspor matçı bitdikdən sonra polis əməkdaşlarının toplandığı ərazidə bomba yüklü maşınla hücum həyata keçirilib. Çevik polis alayının avtobusuna doğru hərəkət edən "canlı bomba” hədəfinə 10 metr qalmış polislər tərəfindən saxlanılıb. "Canlı bomba”nı dayandıran 5 polis şəhid olaraq can itkisinin artmasının qarşısını alıb.

.