Türkiyədə strateji obyektlərə hücum hazırlayan İŞİD döyüşçüləri tutuldu
03-07-2015 13:32
2,295 oxunub
Türkiyənin İzmir vilayətində bir sıra strateji obyektlərə hücum planı hazırlayan 7 nəfər saxlanılıb. Trend bu barədə "Anadolu” agentliyinə istinadən xəbər verir. Saxlanılanlar Türkiyə vətəndaşlarıdır. Onlar Suriyada quldur dəstələrinin yaradılmasında iştirak edib, həmçinin İŞİD tərəfdə döyüşüblər. .