Türkiyədə Böyük Millət Məclisinə keçiriləcək seçki öncəsi sonuncu rəy sorğularının nəticələri açıqlanıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 47,2 faizi hakim Ədalət və İnkişaf Partyiasına (AKP) səs verəcəyini bildirib.
Respondentlərin 25,3 faizi Cümhuriyyət Xalq Partiyasına (CHP), 13,5 faizi Milliyətçi Hərəkat Partiyasına (MHP), 12,2 faizi Xalqların Demokratik Partiyasına (HDP), 1,8 fazi başqa partiyalar səs verəcklərini bildiriblər.
Rəy sorğusunu "Gur’s A&G Research" adlı yerli sosioloji araşdırma mərkəzi keçirib. Sorğu 4 min 536 respondent arasında oktyabrın 24-25 arası keçirilib.
Qeyd edək ki, iyunun 7-də Böyük Millət Məclisinə keçirilən seçkidə AKP 40,87 faiz,CHP 24,95 faiz, MHP 16,29 faiz HDP 13,1 fai səs toplamışdı.
.