Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib. 

Yenizaman.az yerli KİV-lərə istinadən xəbər verir ki, Elazığın Yurtbaşı rayonunda qatar 23 DF 622 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində 8 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. 

Hadisə yerinə çox sayda polis, yağınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. Əzilmiş mikroavtobusda xilasetmə işləri davam edir. 
.