Türkiyə də PKK-ya üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.
BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK üzvləri Adana Təhlükəsizlik İdarəsinin apardığı əməliyyatlar zamanı tutulub. Təhlükəsizlik İdarəsi Adanada 30 müxtəlif ünvanda axtarışlar həyata keçirib. Nəticədə PKK üzvü olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.
Saxlanılan şəxslər ifadələri alınmaq üçün Adana Təhlükəsizlik İdarəsinə aparılıb.
Qeyd edək ki, Türkiyə hökuməti PKK üzvlərinin tutulması üçün ölkənin bütün vilayətlərinə anti-terror əməliyyatlarına start verib.
.
