Türkiyə polisi İstanbul başda olmaqla 13 vilayətdə nurçulara qarşı xüsusi əməliyyat keçirib.
Yenizaman.az "Sabah" qəzetinə istinadən bildirir ki, əməliyyat zamanı Fətullah Gülənin 18 tərəfdarı saxlanılıb.
Məlumata görə, onların arasında Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəisi Mehmet Yeşilkaya, rəis müavini Osman Balçı, idarənin şöbə rəisi Alparslan Çalışqan, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə idarəsinin sabiq rəis müavini Yasin Topçu ilə baş komissar Mehmet Akif Üner də var.
Xatırladaq ki, İstanbul prokurorluğu 22 iyulda başladılan "paralel dövlət" iddiaları ilə bağlı istintaq çərçivəsində 27 polis haqqında həbs qərarı qəbul edib.
.
