Türkiyədə terror can almaqda davam edir. 
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tunceli-Elazığ yolunda əsgər maşınına qarşı növbəti tələ qurulub. Belə ki, əsgərlər yolu keçərkən yola terorçular tərəfindən öncədən quraşdırılan əl istehsalı olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 3 əsgər şəhid olub. 
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Partlayışın baş verdiyi ərazidə polis tərəfindən əməliyyat aparılır.
.