Türkiyənin Baş Prokurorluğu «Rixos» otellər şəbəkəsinin sahibi olan iş adamı Fəttah Temindcenin fəaliyyətinə dair istintaq araşdırmalarına başlayıb. Adı çəkilən şirkət 10 il ərzində Türkiyədə 12 otel inşa edib. Məlumatlarda həmçinin bildirilir ki, şirkət enerji sahəsinə də böyük məbləğdə investisiya yatırıb. Fəttah Temindcen "Star” və "Kanal 24” kanalının sahibi olub. Sonradan F.Temindcenin sahibi olduğu media qurumlarını SOCAR-a satdığı bildirilir.
Bundan əlavə Fəttah Temindcen Qazaxstanda tikinti biznesinə də malikdir. Bu barədə Türkiyə mediasının məlumatlarında qeyd edilir ki, sözü gedən şəxsin Ərdoğanla sıx əlaqələrinə baxmayaraq o, tez-tez Fəttulah Gülənlə də gürüşüb.
Daha sonra qeyd edilir ki, Fəttah Temindcen nəqliyyat naziri Ziya Məmmədovla iş ortaqlığı var. Məlumata görə, Fəttah Temindcen Ziya Məmmədovla şərikli Quba rayonunda 200 min kvadrat sahəsi olan və xüsusi arxitekturaya malik otel inşa ediblər. Həmin otelin yaxınlığında isə nazirin oğlu Anar Məmmədova məxsus Golf Klubun yerləşdiyi deyilir.
Türkiyə mediasının məlumatına görə, həbs edilən Rza Zərrab dəfələrlə Bakıya səfər edib. Səfər çərçivəsində Rza Zərrab fövqəladə hallar naziri Kəmaləddin Heydərovla və Bəylər Eyyubovla, o cümlədən Azərbaycanın ən yüksək səviyyəli rəsmiləri ilə görüşüb. Həmçinin məlumatlarda bildirilir ki, R.Zərrabın Bəylər Əyyubovun qardaşı oğlu ilə Dubayda şərikli biznes sahələrinə də malikdir. Hətta ötən ay "Buta Palace”də Bəylər Əyyubovun oğlunun toyunda R.Zərrab və onun xanımı Ebru Gündəş iştirak ediblər. Ebri Gündəş isə toyda bir neçə mahnı ifa edib.
Qeyd edək ki, Bəylər Əyyubovun oğlu Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşı qızı ilə ailə qurub.
.