Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb.
Yenizaman.az-ın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib.
Ölən və yaralıların sayının artacağı istisna olunmur.
Partlayış baş verən an şaxtada 787 insan olub.
Xilasetmə əməliyyatı davam edir.
.