İstanbul Cümhuriyyət Baş Prokurorluğu iş adamı Rza Zərrab (Sərraf), keçmiş nazirlər Müəmmər Gülər və Zəfər Çağlayanın oğulları Barış Gülər və Salih Kaan Çağlayan, "Halkbank”ın sabiq baş müdiri Süleyman Aslanın da aralarında olduğu 53 nəfər haqqında cinayət işinə xitam verib.
"Hürriyet”in verdiyi xəbərə görə, 17 dekabr 2013-cü il tarixində başlayan və Türkiyədə böyük qalmaqala səbəb olan cinayət işinin istintaqını aparan prokuror Əkrəm Aydınər cinayət işinin qeyri-qanuni olaraq açıldığını və iş üzrə dəlillərin qanunsuz şəkildə toplandığını səbəb göstərərək işə xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, indiki prezident, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan bu cinayət işini Fətullah Gülənin rəhbərlik etdiyi "nurçu” şəbəkənin hökuməti devirmək cəhdi kimi qiymətləndirmişdi. Bu hadisədən sonra çoxlu sayda "nurçu” olduqları bildirilən polis, prokuror və hakim hüquq-mühafizə sistemindən uzaqlaşdırılıb.
.