"Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadılacaq".

Türkiyə KİV-i xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bekir Bozdağ bildirib.

Qeyd edək ki, ötən il dekabrın sonunda Türkiyə Fövqəladə Halların Araşdırılması Komissiyasından fövqəladə vəziyyət rejiminin 2018-ci il fevralın 21-də sona çatacağı bildirilmişdi.

Açıqlamaya əsasən, fövqəladə rejimin 2018-ci il yanvarın 17-də bitməsi gözlənilirdi. Ancaq onun fevralın 21-də ləğv ediləcəyi bu müddətin uzadılmayacağı deməkdir.

Bu hal iyulun 15-dən, dövlət çevrilişinə cəhddən sonra 2016-cı il iyulun 20-dən tətbiq edilir.

Sonuncu dəfə fövqəladə vəziyyət rejiminin müddəti cari il oktyabrın 13-də üç ay uzadılmışdı.
.