Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb.

Publika.az xəbər verir ki, Kapadokyada küləyin təsiri ilə hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb, daha sonra yerə düşüb.

Nəticədə 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralanan Fransa, Kolumbiya və Türkiyə vətəndaşları xəstəxanaya yerləşdirilib.
.