Türkiyənin Mardin rayonunda terror aktı törədilib.
Yenizaman.az xəbər verir ki, hərbi zirehli maşın yolu keçərkən PKK silahlıları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıblar. Güclü partlayış nəticəsində 2 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibi yardım maşınları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis hücumu təşkil edən terrorçuları ələ keçirmək üçün ərazidə geniş miqyaslı əməliyyata başlayıb.
