
Türkiyədə cinayət törədən və İnterpol xətti ilə axtarışa verilən azərbaycanlı Rusiya ərazisində saxlanılıb.
APA-nın "in-news.ru” saytına istinadən məlumatına görə, həmin şəxs ağır cinayət törətməkdə təqsirli bilindiyi üçün Türkiyə onun haqqında həbs-qətimkan tədbiri seçib və beynəlxalq axtarışa verib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində RusiyaDaxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həmin şəxs Koqalm şəhərində saxlanılıb. Yaxalanan şəxs Türkiyəyə ekstradisiya edilib.