
Türkiyənin İsparta vilayətində baş vermiş dəhşətli yol qəzası nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində həmçinin 27 nəfər yaralanıb.
***
Türkiyənin İsparta vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında İspartada alma bağçalarında çalışan mövsümlük işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Dərəyə yuvarlanan mikroavtobusdakı 12 sərnişin ölüb, 8-i yaralanıb. Hadisə yerinə ambulanslar və tibbi işçiləri göndərilib.
Qəzanın səbəbləri hələlik bəlli deyil.
.