Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
.