Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hatayda mikroavtobus qəzaya uğrayıb. İlkin ehtimala əsasən, təkəri partlayan mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qəza baş verən əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. 
.