Türkiyədə qətl törədən qadın Bakıda tutulub.
Virtualaz.org bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva yaxalanaraq Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.
.
