
Türkiyənin Hatay vilayətində "İŞİD"ə qoşulmaq üşün Suriyaya keçmək istəyən 21 xarici vətəndaş saxlanılıb.
"Anadolu" Agentliyinin verdiyi məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.
Terror qruplaşmasına qoşulmaq istəyən digər şəxslər isə İngiltərə, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan vətəndaşlarıdır. Onlar öz ölkələrinə deportasiya ediliblər.
.