
Yoldaşlıq görüşündə Türkiyəyə 4:0 hesabı ilə qalib gələn Braziliya millisi qələbəni əməlli-başlı qeyd edib. Yenizaman.az-ın məlumatına görə, "Beşiktaş”ın braziliyalı futbolçusu Ramon Motta həmyerliləri üçün İstanbulun gecə klublarından birini bağlatdırıb. "Sivasspor”un baş məşqçisi Roberto Karlos və "Mersin İdmanyurdu”nun müdafiəçisi Gökçək Vedersonun da qatıldığı partiyə Braziliya millisinin 3 futbolçusu gəlməyib. Bunlar Oskar, Miranda və qapıçı Neto olublar. Futbolçular gecə klubuna gəldikdən sonra həmin məkana 45 qız gətirilib. Futbolçularla birgə əylənən qızlar daha sonra onlarla otelə gediblər.
.