Suriyanın Hələb şəhərinin şimalında 1200 nəfərlik güclə İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayan müxalifət 4 kəndi ələ keçirib.
Publika.az ”Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, əməliyyata Türkiyənin "Fırtına" özüyeriyən artilleriya qurğuları və tankları dəstək verib.
Artilleriya qurğuları və tanklar əməliyyat zamanı İŞİD-in mövqelərini atəş altında saxlayıb. Əməliyyatın gedişatında 60 İŞİD döyüşçüsü öldürülüb, 100-dən çox döyüşçüsü yaralanıb. Yaxın günlərdə daha bir neçə kəndin azad edilməsi planlaşdırılır.
Müxalifət qüvvələri Cerablus istiqamətində İŞİD-in əlində olan 24 kəndi azad etməyi qarşısına məqsəd qoyub.
.