Türkiyə Statistika Qurumunun Qarsdakı yerli idarəsinə silahlı basqın olub.
Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, idarənin keçmiş əməkdaşı, psixoloq olduğu bildirilən Veysi Erin adlı şəxs idarəyə daxil olaraq müdir Mehmet Tolon və içəridəki işçilərə "Kalaşnikov” avtomatından atəş açmağa başlayıb. Nəticədə M. Tolon və 5 əməkdaş hadisə yerində ölüb, 7 nəfər ağır yaralanıb. V. Erin hadisə yerində özünü də vurub.
Qars polis rəisi, polis xüsusi təyinatlıları və vilayət rəhbərliyi olay yerinə baxış keçirib.
.