Türkiyədə bələdiyyənin həmsədrləri həbs olunub.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu gün səhər saatlarında Diyarbəkir şəhəri, Sur qəsəbəsi bələdiyyəsinin həmsədrləri terrorla mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilib. Buna səbəb bir neçə gün bundan qabaq həmin qəsəbənin özünü idarəetmə qərarı olub. Özünü idarətmə qərarı veriləndən sonra Diyarbəkirdə PKK-çılar güclənərək silahlı aksiyalar keçiriblər.
Saxlanılanlar arasında Sur qəsəbəsinin bələdiyyəsinin həmsədrləri Seyid Narin, Fatma Şık Barut, DBP-nin Sur qəsəbə sədri Ali Rıza Çiçək və partiaynın məclis üzvü Günəş Ölməz başda olmaqla çoxsaylı şəxslər səhər əməliyyat nəticəsindən evlərində tutularaq həbs edilib.
.
