Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.

"Hürriyet” qəzeti verdiyi məlumata görə, bu barədə Tel-Rifatdakı yerli mənbələr bildiriblər.

Tel-Rifat rayonu və Tel-Rifat şəhərinin hazırda Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusunun tam nəzarəti altında olduğu bildirilir.

.