Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə "Fərat Qalxanı” əməliyyatının üçüncü mərhələsi olan Əl-Bab əməliyyatına başlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk döyüş təyyarələri və haubitsaları İŞİD-in mövqelərini bombalayır, Azad Suriya Ordusu isə Çobanbəy qəsəbəsinin cənubunda qurudan irəliləyir.
Əməliyyata 200 türk əsgəri ilə 2500 Azad Suriya Ordusunun döyüşçüsü qatılıb.
Qeyd edək ki, Əl-Bab şəhəri Suriyada İŞİD terror qruplaşmasının Rakka şəhərindən sonra "ikinci paytaxt”ı hesab olunur.
