Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı təcili koalisiya hökumətinin yaradılmasını istəyir.

Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
Dövlət Baxçalının sözlərinə görə, ölkədə keçirilən parlament seçkilərinin nəticələri əyani şəkildə göstərir ki, koalisiya hökuməti Türkiyə xalqının istəyidir.
D.Baxçalı həmçinin qeyd edib ki, Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlməlidir.
.