Yenizaman.az-ın "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində 10 mindən çox insan etiraz aksiyası keçirib. Ötən ilin yayında Gezi hadisələrində xəsarət aldığı üçün həlak olan Berkin Elvanın dəfn mərasiminə qatılan minlərlə nümayişçi hökumət əleyhinə şüarlar səsləndirib.
Türkiyəli aktivistin dəfn mərasimindən sonra "Taksim" meydanına daxil olmaq istəyən minlərlə nümayişçini Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qarşılayıb. Meydana daxil ola bilməyən aksiya iştirakçıları İstanbul şəhərinin müxtəlif küçələrində iğtişaş törədiblər. Dünən axşam baş verən toqquşmalar zamanı həm polis, həm də nümayişçilər tərəfindən onlarla şəxs xəsarət alıb.
Bundan əlavə Qurtuluş prospektində yerləşən hakim Ədalət və İnkişaf Partiyasının ofisinə daxil olan narazı kütlə baş nazir Ərdoğanın seçkilər üçün hazırlanmış bütün posterlərini yandırıb.
.