
Türkiyədə hərbi xidmətdən ödənişlə azad olma sistemi ləğv ediləcək.
Bu barədə "Trend" Türkiyənin "Hürriyet” qəzetinə istinadən məlumat verir.
Baş nazir Davud Əhmədoğlu bəyan edib ki, bundan əvvəl Türkiyədə hərbi xidmətdən ödənişlə azad edilmə praktikasının davam etdirilməsi planlaşdırılmışdı: "Hərbi xidmətdən ödənişlə azad edilmə sistemi ədalətsizdir. Ölkə hökuməti vətəndaşları gəlirlərinə görə bölmür”.
Türkiyə ödənişlə hərbi xidmətdən azad olma sistemi 2011-ci ildə tətbiq edilib. Xaricdə təhsil alan və ya çalışan ölkə vətəndaşları 30 min türk lirəsi ödəməklə hərbi xidmətdən azad ola bilirlər.
Onu da qeyd edək ki, 2013-cü ilin oktyabrında Türkiyə parlamenti ölkədə icbari hərbi xidmətin müddətini 15 aydan 12 ayadək azaldıb.
.