Dünən günorta saatlarında İŞİD döyüşçüləri tərəfindən 1 türk əsgərinin şəhid edilməsi, Suriya-Türkiyə sərhədindəki gərginliyi daha da artırıb. Bizimyol.info xəbər verir ki, gecə Diyarbəkirdən qalxan "F-16" təyyarələri, Suriyanın Havar kəndindəki İŞİD hədəflərini bombamalayıb. Hərbi bazadan 5 dəqiqə intervalla qalxan 4 "F-16" təyyarəsi, bombardman zamanı 2 qərərgah və 1 toplanma mərkəzini məhv edib. Gecə baş tutan əməliyyata "Şəhid Yalçın Əməliyyatı" adı verilib. Bombardman zamanı 35 İŞİD döyüşçüsünün öldürüldüyü məlum olub. Bombardman 13 dəqiqə ərzində baş tutub. ""F-16" lar 4 dəfə İŞİD tərəfini bombalayıb. Təyyarələr 05.24 radələrində Diyarbəkirə geri dönüblər.

.