
Türkiyə-Suriya sərhədində İŞİD yaraqlıları ilə baş verən atışmada itkin düşən əsgərin İŞİD-in əsiri olduğu məlum olub.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı əsgərin həyatda olduğunu öyrənib.
Səfər adlı əsgərin ayağından yaralı olduğu və İŞİD xəstəxanasında müalicə aldığı bildirilir.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı İŞİD-in əsgəri nəzarəti altında olan Mosula aparmaq istədiyini öyrənib.
Hazırda əsgərin qurtarılması üçün cəhdlər davam etdirilir. Lakin İŞİD-lə hər hansı mübadilə danışıqlarının aparılmadığı bildirilir.
İŞİD-lə əlaqəli olan bəzi sosial media hesablarında İŞİD-in əsgəri sərbəst buraxması qarşılığında Türkiyənin İŞİD-ə qarşı mübarizə koalisiyasından çıxmasını istədiyi qeyd edilib.
.