Türkiyə Ermənistan, İran və Azərbaycanla sərhəddəki 225 minalanmış sahənin təmizlənməsi ilə bağlı tender elan edib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb. Məlumata görə, tenderə Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) də dəvət olunub.
ANAMA tenderdə İngiltərə, ABŞ, Bosniya və Hersoqovina minatəmizləyənləri ilə rəqabət aparacaq.
Qeyd edək ki, ANAMA bir müddət əvvəl Türkiyə-Suriya sərhədində bir neçə minatəmizləmə əməliyyatı nda da iştirak edib.
.