Türkiyənin energetika naziri Taner Yıldız bəyan edib ki, Ankara İsrailə aviayanacaq tədarük etmir, deyə World Bulletin Türkiyə KİV-ə istinadən yazır.
«İsrailin Qəzzanı işğal etməsi şərqi Aralıq dənizi zonasında birgə enerji layihələrinin inkişafı üçün ciddi əngəldir», – deyə nazir bildirib.
Eyni zamanda, Yıldız təsdiq edib ki, Türkiyə ərazisindən İsrailə neft tranzit edilir. Söhbət Bakı-Tbilisi-Ceyhan kəmərindən gedir. Azərbaycan nefti Ceyhan limanından tankerlə İsrailə aparılır.
ВТС kəməri 2006-cı ilin iyunundan fəaliyyət göstərir. O vaxtdan Azərbaycan nefti Ceyhan limanından müxtəlif şirkətlər və treyderlər vasitəsilə satılır. Ötən il İsrail məmurları qeyd edib ki, bu ölkənin xam neftə ehtiyacı ildə 6,5 mln tondur. Bunun 3 mln tonunu Azərbaycan təmin edir.
.