Nurçuların lideri Fətullah Gülənin 1990-cı ildə Türkiyədə aldığı yaşıl pasport ləğv edilib.
Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Ərzurum valiliyi F. Gülənə yaşıl pasportun qanunsuz verildiyini əsas gətirərək pasportu ləğv edib.
Xatırladaq ki, F. Gülən 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatı ərazisində yaşayır.
.